Əgər Rusiya Krım əhalisinə kömək etməsəydi, orada vəziyyət indi Ukraynanın şərqindəkindən pis olardı.
APA-nın məlumatına görə, bunu Mediaforumda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
“Ona görə də, bu, bir daha onu göstərir ki, biz hər şeyi düz və vaxtında etmişik”, - deyə o vurğulayıb.
Putin həmçinin qeyd edib ki, Ukraynanın şərqində ordudan istifadə edilməsi nəticədə Ukrayna-Rusiya dövlətlərarası münasibətlərə mənfi təsir göstərəcək.
***
16.09
Slavyanskda ordudan istifadə etmək xalqa qarşı cinayətdir.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.
“Əgər Kiyev doğrudan da Slavyanskda ordudan istifadə etməyə başlayıbsa, bu öz xalqına qarşı çox ciddi cinayətdir”, - deyə o vurğulayıb.