Rusiya prezidenti Vladimir Putin hökumətə Qərb sanksiyalarına cavab olaraq tədbirlər hazırlamağı tapşırıb.
Lent.az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bunu Putin ötən gün Voronej vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksey Qordeyev ilə görüşü zamanı bildirib. “Mən artıq bu gün belə bir tapşırıq vermişəm”, deyə o bildirib.
“Əlbəttə, yerli istehsalçıları dəstəkləmək və istehlakçılara zərər vurmamaq üçün bunu çox diqqətlə etmək lazımdır”, deyə Putin vurğulayır.
Prezident tapşırığının tez bir zamanda icra ediləcəyini bildirib.