Rusiya prezidenti Vladimir Putin avqustun 26-da Minskdə Gömrük İttifaqı ölkələrinin rəhbərlərinin Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşündə iştirak edəcək
Lent.az-ın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir. “Avqustun 26-da Rusiya prezidenti Minskə səfər edəcək və burada Gömrük İttifaqı ölkələrinin rəhbərlərinin Ukrayna prezidenti ilə görüşündə iştirak edəcək. Görüşdə həmçinin Avropa Komissiyasının nümayəndələri də iştirak edəcəklər”, deyə məlumatda bildirilir.
Məlumatda tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçiriləcəyi qeyd edilir.