Putin Merkellə Braziliyada görüşəcək
11 iyul 2014 21:43 (UTC +04:00)

Putin Merkellə Braziliyada görüşəcək

Rusiya prezidenti Vladimir Putin Latın Amerikası ölkələrinə səfərdədir.

 

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, səfərinin yekununda o, Braziliyada Almaniyanın kansleri Angela Merkellə görüşəcək. Bu xəbəri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.

 

“Belə bir görüş planlaşdırılıb. Ona hazırlıq gedir və o, keçiriləcək” - deyə, mətbuat katibi bildirib.

 

Xatırladaq ki, Angela Merkel futbol üzrə dünya birinciliyinin final oyununa, Almaniya – Argentina qarşılaşmasına baxmaq üçün Braziliyaya səfər edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar