«Prezident Vladimir Putin öncədən boyun olduğu kimi «Rossiya» bankında hesab açıb».
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu açıqlamanı Rusiya prezidenti mətbuat xidmətinin katibi Dmitri Peskov verib.
Onun sözlərinə görə, Krımla bağlı ABŞ-ın sanksiyasına məruz qalan bu bankda hesab açılıb.
«Mən artıq demişəm, özümdə orada şəxsi hesabımı açmaq niyyətindəyəm. Bundan başqa işlər müdirinə tapşırmışam ki, maaşımı da ora köçürsünlər»-deyə, Putin jurnalistlərə bildirib.
Xatırladaq ki, Putin «Rossiya» bankının «Krım olayları ilə əlaqəsi olmadığını» vurğulayıb.