Qərar qəbul edildi: rus qoşunları Ukraynaya girir - <span style="color:red;">YENİLƏNİB
01 mart 2014 19:23 (UTC +04:00)

Qərar qəbul edildi: rus qoşunları Ukraynaya girir - YENİLƏNİB

0

 

 

 

 Rusiya prezidenti Vladimir Putin Ukraynanın Krım Muxtar Respublikasına qoşun yeritmək üçün Federasiya Şurasına müraciət edib.


 

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, müraciətdə Ukraynada ictimai-siyasi vəziyyət normallaşanadək qoşunların Krımda qalmasının zəruriliyi əsaslandırılır. 

 

“Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiya vətəndaşlarının, soydaşlarımızın, Qara dəniz donanması şəxsi heyətinin həyatı təhlükədədir. Bu üzdən də Ukraynada ictimai-siyasi vəziyyət normalaşanadək Rusiya Silahlı Qüvvələrindən bu ölkənin ərazisində istifadə üçün Rusiya Federasiya Şurasına müraciət edirəm”, - deyə Rusiya prezidentinin müraciətində vurğulanır.

 

 

Bu dəqiqələrdə Federasiya Şurası qoşunların Ukraynaya girməsi barədə Putinin müraciətini yekdilliklə qəbul etdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 16169

Oxşar yazılar