Bir müddət öncə rəsmi ABŞ mənbələri Krımla bağlı məsələdən sonra Rusiya prezidenti Vladimir Putinin keçirdiyi mətbuat konfransında “10 dəfə yalan” danışmaqda ittoham etmişdilər.
Lent.az-ın Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, Putin Ukraynadakı siyasi böhrandan istifadə edərək, Krımı ilhaq etməkdə, Ukraynanın şərq sərhədinə hərbi qüvvə yerləşdirməkdə ittiham edilir. Putin isə Kiyevdə yaranmış siyasi böhrana görə qərbin məsuliyyət daşıdığını deyir. O, bu həftə ərzində ABŞ prezidenti Barak Obama və Almaniyanın kansleri Angela Merkellə olan telefon danışığında da Qərbi tənqid e dib, Ukraynada vətəndaş müharibəsi başlayacağı ilə bağlı xəbərdarlıq edib.
“Moskva günahsızdır”
Vladimir Putin bu telefon danışıqlarında Ukraynanın şərqində hökumət binalarını ələ keçirənlərin Rusiyadan dəstək alması barədə iddiaları da rədd edib, bunların spekulasiya olduğunu söyləyib.
Mənbə bildirib ki, gerçəkdə Qərb kəşfiyyatı Rusiyayönlülərin Moskvadan pul , hərbi təchizat və əmr aldıqlarını təsdiqləyən yüzlərlə telefon və radio danışığını olduğunu iddia edir.
“Sərhəddən qoşunun çəkilməsi”
Aprelin əvvəlində Vladimir Putin Angela Merkellə telefon danışığında Rusiya hərbçilərini Ukrayna sərhədindən çəkəcəyinə söz vermişdi. O, sözünü yerinə yetirdiyini göstərmək üçün bəzi hərbi birlikləri qısa müddətə geri çəksə də, ancaq daha sonra Ukraynanın şərq sərhədinə 50 min əsgər topladı.
NATO Rusiya hərbçilərinin Ukrayna sərhədinə cəmləndiyini təsdiqləyən peyk fotoşəkillərini yaydı. Putin isə bu görüntülərin “köhnə olduğunu” bildirdi.
“Rusiya faşistlərə qarşı mübarizə aparır”
Vladimir Putin Moskvanın Ukraynada “faşistlərə qarşı mübarizə apardığı”nı bildirdi. Rusiyanın Krımı işğal etdiyi vaxtda bölgədəki rusiyayölülər yaxalarına II Dünya Müharibəsində faşistlərə qarşı döyüşənlərin simvolu olan “qara- sarı” “Müqəddəs Georgi” lentini taxırlar. Bununla da həmin qüvvələr “faşistlərə qarşı döyüşdüklərini ” göstərməyə çalışırlar.
“Şərqi Ukrayna Qərbi sevmir”
Rusiyanın dövlət başçısı “Ukraynanın şərqində yaşayan xalqın Qərbi sevmədiyini” və “Qərb ilə əlaqələrin inkişaf etdirilməsinə qarşı çıxdıqlarını” da deyir.
NTV isə iddia edib ki, aparılan ictimai araşdırmalar Putinin iddialarının tam əksini göstərir. Əslində Ukraynanın şərqində yaşayan əhali də, Qərblə əlaqələrin tərəfdarıdır. Hətta Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç belə Avropa Birliyi ilə razılaşmağa çox yaxın idi. Ancaq Rusiyanın təzyiqi ilə geri addım atmaq məcburiyyətində qaldı.
“Dialoqa hazıram”
Vladimir Putin ABŞ prezidenti Obama və Qərbin başqa liderlər ilə danışıqlarında Ukraynadakı siyasi böhrana son qoymaq üçün dialoq təklif edir. Ancaq indiyə qədər bu məsələ gerçəkləşməyib. Aprelin 17-də Cenevrədə ABŞ, AB, Rusiya və Ukraynanın səlahiyyətlilərindən ibarət dördtərəfli toplantı keçiriləcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Ukraynanın antiterror əməliyyatlara başlaması fonunda yığıncağa qatılmayacaqlarını deyərək, xəbərdarlıq edib.
“Ukraynadakı ruslar küçədə”
Rusiya televiziyaları Ukraynada yaşayan rus mənşəlilərin küçələrdə olduğunu və etiraz aksiyaları keçirdiyini bildirir. Lakin bəzi mənbələr Ukraynanın şərqindəki bəzi şəhərlərdə rusiyayönlülərin dövlət binalarını izəbt etdiyini qeyd edib.
“Etnik qarşıdurma”
Rusiya “Ukraynada etnik qarşıdurmanın yaşandığını" iddia edir. Və bu iddia ilə də ölkənin şərqini işğal etməyə zəmin hazırlayır. Halbuki Ukrayna parlamentində hazırda ən böyük partiyanın rəhbərliyi rus etnik qrupuna mənsubdur.
Qərbin kəşfiyyat qurumları bildirib ki, Rusiyanın dövlət başçısı Vladimir Putinin verdiyi ziddiyyətli bəyanatlarla vaxt qazanmağa çalışır. Qərb kəşfiyyatının rəyinə görə, Putinin 2008-ci ildən bu yana tək bir məqsədi var: Rusiyanın liderliyi ilə Avrasiya Birliyini yaratmaq.