Rusiya prezidenti Vladimir Putin ABŞ-la diplomatik münasibəti kəsib.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, “The Daily Beast” bildirib ki, Krımın işğalından sonra ABŞ prezidenti Barak Obama V.Putinlə Ukraynada gərginliyin aradan qaldırılmasına dair davamlı olaraq, telefonla danışırdı.
Ancaq ABŞ və Avropa Birliyinin yeni sanksiyalar hazırladığı məlum olandan sonra Rusiya lideri qarşılıqlı münasibəti kəsməyi qərara alıb.
Rusiyanın baş naziri Dmitri Medvedevə yaxın olan, Müasir İnkişaf İnstitutunun başçısı İqor Yurgens deyib: “Putin təzyiqlər altında Obama ilə danışmayacaq. Diplomatik münasibəti bir dəfəlik kəsilib”.
ABŞ Dövlət Departamentinin təmsilçisi Cen Psaki isə bildirib ki, ABŞ Moskva ilə qarşılıqlı münasibəti kəsməyib və Rusiya tərəfi bu haqda Ağ evi məlumatlandırmayıb.