Rusiya prezidenti Vladimir Putin qırğızıstanlı həmkarı Almazbek Atambayev ilə ötən gün görüşündə hazırkı iqtisadi problemlərin birlikdə həll edilməsinin vacibliyini qeyd edib. Bu barədə APA “RİA Novosti”-yə istnadən xəbər verir. “Bizim iqtisadiyyatımızda, dünya iqtisadiyyatında nə baş versə belə, əminəm ki, səylərin birləşdirilməsi çətinliklərlə təklikdə mübarizə aparmaqdan daha yaxşıdır”, deyə Putin qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Qırğızıstanın Avrasiya İqtisadi Birliyə qoşulması haqqında sənəd imzalayıb.