Vladimir Putin Rusiya imperiyasının dirçəltmək planı olmadığını bildirib.
Lent.az-ın “interfaks”-a istinadən məlumatına görə, “TF1” telekanalı və “Europe1” radiostansiyasına müsahibəsində Rusiya prezidenti deyib: “Nə Rusiya milliyyətçiliyini, nə də imperiyanı dirçəltməyi dəstəkləmirik”.
V.Putin jurnalistlərin istəyi ilə “SSRİ-nin dağılması XX əsrin ən dəhşətli geopolitik fəlakətidir” ifadəsini belə şərh edib: “Etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar Sovet İttifaqı çərçivəsində bir dövlət də yaşayırdı. SSRİ dağıldıqdan sonra 25 milyon rus gözlənilmədən xaricdə qaldı. Bu nə siyasi, nə də ideoloji fəlakət idi, bu əsl humanitar problem idi. Ailələr biri-birindən ayrılmış vəziyyətə düşdü. İnsanlar işsiz qaldı. Onların biri-biri ilə normal ünsiyyət imkanı olmadı. Əsas məsələ budur”.
Xatırladaq ki, bir müddət öncə Rusiya prezidenti hadisələr baş verənədək Krımı işğalı “ağlından belə keçirmədiyini” bəyan etmişdi. O, “25 milyon rus” dedikdə keçmiş sovetlərdə yaşayan rusları nəzərdə tutur. Həmin ruslar Krımda da var.