Rusiyada faciə: 21 ruhi xəstə diri-diri yandı- <span style="color:red;">YENİLƏNİB-2
13 dekabr 2015 08:20 (UTC +04:00)

Rusiyada faciə: 21 ruhi xəstə diri-diri yandı- YENİLƏNİB-2

 Rusiyanın Voronej vilayətindəki psixonevroloji dispanserdə baş verən yanğında ölənlərin hamısının cəsədi tapılıb. APA-nın RİA Novosti agentliyinə istinadın verdiyi məlumata görə, bununla da, ölənlərin sayı 23-ə çatıb.  

 

`````

 

Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb. APA-nın məlumatına görə, bu barədə “TASS”a Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib.  

 

“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, deyə qurumun mətbuat mərkəzindən bildirilib.  

 

Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir.  Ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir. 

 

Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: “Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”.  

 

Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi.  

 

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda  nasazlıq olub.

 

İnsidentlə əlaqədar  Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.

 

 

**** 07.10

 

Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 9-a çatıb. APA-nın məlumatına görə,  bu barədə “TASS”-a hadisə yerində yaradılan operativ qərargahdan bildirilib.  

 

“Hadisə yerində uçqunun altından daha iki nəfərin yanmış meyiti tapılıb. Beləliklə, yanğın qurbanlarının ümumi sayı 9-a çatıb”, deyə məlumatda bildirilir.

 

Məlumata görə, hadisə nəticəsində daha 12 nəfər itkin düşmüş hesab edilir.

 

Bundan əvvəl yanğın nəticəsində 7 nəfərin öldüyü bildirilmişdi.

 

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda  nasazlıq olub.   

 

 

***** 05.20

 

Rusiyanın Voronej vilayətində psixonevroloji internatda baş vermiş güclü yanğın nəticəsində 7 nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib.  

 

“Ölənlərin sayı yeddi nəfərə çatıb, 22 nəfər xəstəxanaya yerləşdirilib”, deyə qurumdan bildirilib.

 

Məlumata görə, hazırda 3 nəfər reanimasiyaya yerləşdirilib,  17 nəfər itkin düşmüş hesab edilir. Binadan ümumilikdə 55 nəfər təxliyə olunub.

 

Yanğın hazırda lokallaşdırılıb.

 

İnsidentlə əlaqədar  Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Oxşar yazılar