Prezidentliyə namizədlərin pulsuz efir təbliğatı başlayır
22 aprel 2014 07:14 (UTC +04:00)

Prezidentliyə namizədlərin pulsuz efir təbliğatı başlayır

Ukrayna Mərkəzi Seçki Komissiyasının katibliyi prezidentliyə namizədlərin

təbliğatı üçün “Birinci Milli TV” telekanalı vasitəsi ilə pulsuz efir vaxtının qrafikini açıqlayıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, pulsuz efir vaxtı aprelin 22-dən başlayır. Bu kampaniya mayın 22-də sonra çatacaq. Prezidentliyi 23 namizədə iki dəfə pulsuz efir vaxtı verilib.

 

Ukraynanın Milli Radio şirkətində isə bu kampaniya mayın 5-dən 23-dək aparılacaq.

 

Xatırladaq ki, seçki mayın 25-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703
avatar

Oxşar yazılar