Ümumukryana Yəhudi Konqresinin prezidenti, Ukrayna prezidentliyinə namizəd Vadim Rabinoviç “Rabinoviç-FM” adlı öz radiosunu açıb.
Lent.az-ın “Miqnyus”-a istinadən məlumatına görə, mənbə bildirib: “Radioda aktual xəbərlər, siyasi və iqtisadi məsələlərə dair olayların şərhləri yayımlanacaq. Radio musiqisevərləri də unutmayıb. Yeni radionun başlıca sürprizi Vadim Rabinovçdən lətifələr də olacaq».
Mənbə xatırladıb ki, bir müddət öncə Rabinoviç “Krımı Ukrayna üçün itirilmiş ərazi” saydığını bildirib.
Yəhudi konqresinin prezidenti 2000-ci ildə “Medіa Іnternatіonal Group”-unu (“MİG”) yaradıb. Bu quruma ABŞ, Ukrayna və İsraildəki bir sıra informasiya vasitələri daxildir.