Poroşenkonun Obama ilə görüş vaxtı bilindi
12 avqust 2014 00:11 (UTC +04:00)

Poroşenkonun Obama ilə görüş vaxtı bilindi

0

APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, avqustun 11-də baş tutan telefon danışığı zamanı Obama  Luqansk vilayətinə beynəlxalq humanitar yardım göstərilməsi təşəbbüsünü dəstəklədiyini bildirib. Həmçinin ABŞ-ın bu missiyada iştirak etmək niyyətində olduğunu vurğulayıb.

 

Poroşenko, öz növbəsində, Obamaya ABŞ Konqresinin Nümayəndələr Palatasında irəli sürdüyü Ukrayna üçün yardım Aktı təşəbbüsünə görə minnətdarlığını bildirib.

 

Bundan əvvəl Rusiyanın Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə Ukraynaya humanitar konvoy göndərəcəyi məlum olub. Bu barədə avqustun 11-də prezident Putinin  Avropa Komissiyasının sədri Joze Manuel Barroso ilə telefon danışığı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 914

Oxşar yazılar