Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyəyə səfərini təxirə salıb. APA TV-nin məlumatına görə, prezident bildirib ki, Rusiya qoşunlarının Ukraynaya daxil olması və Donetsk vilayətində vəziyyətin kəskinləşməsi ilə əlaqədar Rəcəb Tayyip Ərdoğanın inauqurasiya mərasimində iştirak edə bilməyəcək. Poroşenko həmçinin gələcək fəaliyyət planını müəyyənləşdirmək üçün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası çağırıb. O bildirib ki, indiki məqamda Kiyevi tərk etmək üçün heç bir səbəb görmür.
Prezident Poroşenko Rusiya qoşunlarının Ukraynaya daxil olması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili toplantısının keçirilməsini tələb edib. O həmçinin Avropa Birliyi Şurasının da toplantısının çağırılmasını istəyib.
ABŞ Dövlət Departamenti də Rusiya qoşunlarının Donbas ərazisinə daxil olduğunu təsdiqləyib. Departamentin Mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxilə etdiyi barədə məlumata sahibdir.
Poroşenko Türkiyə səfərini təxirə saldı
976