Poroşenko Rusiyanı sərhədi bağlamağa çağırıb
11 dekabr 2014 11:33 (UTC +04:00)

Poroşenko Rusiyanı sərhədi bağlamağa çağırıb

0
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanı sərhədi bağlamağa, habelə Donetsk və Luqansk vilayətlərindən qoşunları çıxarmağa çağırıb.

 

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, Avstraliyada səfərdə olan P. Poroşenko Donbas regionundakı münaqişəyə görə Rusiyanın məsuliyyət danışıdığını bildirib.

 

“Xahiş edirəm, atəşi dayandırın, girovları azad edin, qoşunları ərazimizdən çıxarın”, - deyə o vurğulayıb.

 

P. Poroşenko qeyd edib ki, əgər Rusiya Ukrayna ilə sərhədi bağlasa, bir neçə həftədən sonra ölkədə sülh və əmin-amanlıq bərqərar olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar