Poroşenko Merkeldən kömək istədi
29 avqust 2014 12:52 (UTC +04:00)

Poroşenko Merkeldən kömək istədi

Ukrayna prezidenti Pyotr Poroşenko ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

 

APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, söhbət zamanı tərəflər Donbasdakı vəziyyəti və münaqişənin sülh yolu ilə həlli imkanlarını müzakirə ediblər.

 

P. Poroşenko Almaniya kanslerini beynəlxalq arenada Ukraynaya dəstək verməyə çağırıb. A. Merkel usə Ukrayna prezidentini əmin edib ki, avqustun 30-da Avropa Şurasının növbəti toplantısında Almaniya məsələ ilə əlaqədar atılacaq addımları birmənalı şəkildə dəstəkləyəcək.

 

“Avropa Ukrayna ilə həmrəyliyini nümayiş etdirməlidir”, - deyə Merkel vurğulayıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065
avatar

Oxşar yazılar