Poroşenko  Rusiyaya qarşı fərman imzaladı
16 sentyabr 2015 21:39 (UTC +04:00)

Poroşenko Rusiyaya qarşı fərman imzaladı

0

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair fərman imzalayıb

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

 

“Prezident Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair fərmanı imzalayıb. Yaxın zamanlarda fərman dövlət başçısının rəsmi saytında yerləşdiriləcək”, deyə S.Tseqolko bildirib.

 

Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının genişləndirilmiş sanksiya siyahısında Rusiyanın 400-dən çox fiziki və 90 hüquqi şəxsi yer alır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar