Poroşenko and içdi
07 iyun 2014 13:10 (UTC +04:00)

Poroşenko and içdi

Bu gün Ukrayna Ali Radasının binasında ölkənin yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun təntənəli andiçmə mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasim Ukrayna telekanalları vasitəsilə canlı yayınlanıb.

 

Əvvəlcə Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Mixail Oxendovski mayın 25-də keçirilmiş növbədənkənar prezident seçkilərinin rəsmi nəticələrini elan edib. Sonra Konstitusiya Məhkəməsinin sədri Yuri Baulin Konstitusiya kitabını və “Yevangeliya”nı yeni prezidentə təqdim edib. P. Poroşenko əlini dini kitaba basaraq and içib. O, daha sonra prezidentin Ali Radadakı kürsüsünə qalxaraq orada and mətnini imzalayıb.

 

Andiçmə prosedurlarından sonra Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ölkədəki vəziyyət, dövlətin daxili və xarici siyasəti barədə geniş nitq söyləyib.

 

Mərasimdə xaricdən 60-a yaxın rəsmi nümayəndə heyəti iştirak edib. Onların arasında Polşa prezidenti Bronislav Komorovski, Belarus prezidenti Aleksandr Lukaşenko, Litva prezidenti Dalya Qribauskayte, İsveçrə prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter, Sloveniya prezidenti Borut Pahor, Estoniya prezidenti Toomas İlves, Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey, ATƏT-in baş katibi Lamberto Zanyer, BMT baş katibinin müavini Ceffri Feltman, ABŞ-ın vitse-prezidenti Co Bayden də olub.

 

Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib. Rusiya Kiyevdəki səfir Mixail Zurabov səviyyəsində təmsil olunub.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12