Hindistan hökuməti porno saytlara qoyulmuş qadağını ləğv edəcəyinə dair söz verib.
Lent.az-ın The Guardian.com-a istinadən məlumatına görə, 857 porno saytının blok edilməsi ölkədə ictimai narazılığa səbəb olub. Müxalifət və ölkənin ictimai fəalları hökuməti demokratiyanın prinsiplərini pozmaqda günahlandırıblar. Onların fikrincə, hər vətəndaşın onu maraqlandıran mövzuda sayta girməyə haqqı var.
Rabitə və İnformasiya Texnologiyaları naziri 8-9 avqustdan etibarən qadağının ləğv ediləcəyini deyib.