Polşada paraşütçülərin təyyarəsi qəzaya uğrayıb: 11 nəfər ölüb
06 iyul 2014 01:26 (UTC +04:00)

Polşada paraşütçülərin təyyarəsi qəzaya uğrayıb: 11 nəfər ölüb

İyulun 5-də  Polşanın Çenstoxova  yaşayış məntəqəsi yaxınlığında paraşütçüləri daşıyan “Piper PA-31T” təyyarəsi qəzaya uğrayıb.


Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, nəticədə təyyarənin göyərtəsində olan 12 nəfərdən 11-i həlak olub. Bir nəfər isə yaralı halda xəstəxanaya yerləşdirilib.

 

İdman məktəbinə məxsus təyyarə yerə düşərkən alovlanıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Sağ qalan yeganə şəxs xəstəxanaya yerləşdirilib.

 

 

Yerli KİV-in məlumatına əsasən, təyyarə Çenstoxova aeroklublarından birinə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823

Oxşar yazılar