Avropa İttifaqı Rusiyaya qarşı daha təsirli sanksiyaların hazırlanması ilə məşğuldur. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın baş naziri Yeva Kopaç fransalı həmkarı Manuel Vals ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Rusiyaya qarşı qəbul olunan sanksiyalar davam etdiriləcək. Əlavə tətbiq ediləcəyi gözlənilən daha təsirli sanksiyalar isə Avropa Komissiyası tərəfindən artıq hazırlanmaqdadır və sazişin icra olunmayacağı təqdirdə tətbiq ediləcək”, deyə baş nazir qeyd edib.