Polşanın prezidenti Bronislav Komorovskiy mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr edilmiş bayram tədbirlərinə qatılmayacaq.
APA-nın TASS-a istinadən məlumatına görə, bu barədə Polşa dövlət televiziyası xəbər yayıb.
“Hazırkı vəziyyətdə Polşa prezidentinin bayram tədbirlərində iştirakı mümkünsüzdür. Bizim üçün Ukraynada zorakılığın davam etməsi qəbuledilməzdir”, deyə B. Komorovskiy bildirib.
Bundan əvvəl martın 16-da Avropa İttifaqı Şurasının sədri Donald Tusk qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək mərasimə qatılmaqdan imtina etmişdi.