Polşa ABŞ-dan “F-35” tipli qırıcıları almağı planlaşdırır. Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, bu haqda Polşada çıxan “Dziennik Polski” qəzeti yazıb.
Mənbə bildirib ki, hələlik sövdələşməni təfərrüatı məlum deyil.
Polşanın müdafiə naziri Tomaş Simonyak məsələ ilə balı suallardan yayınıb.
Qəzetin dəyərləndirməsinə əsasən, yeni qırıcıların əldə edilməsi Müdafiə Nazirliyinin uzun vədəli planına daxildir.
“Müasir “F-35” qırıcıları fiziki və mənəvi cəhətdən qocalan “Su-22”, eləcə də “MiQ-29”u əvəz etməlidir. Keçmiş sovet istehsalı olan bu təyyarələr Varşava müqaviləsi zamanından qalmadır ”- deyə, qəzet vurğulayıb.
Polşalı mütəxəssislər bildirib ki, hərbi qurum 60-dan artıq yeni qırıcı əldə etməyi planlaşdırır. Bunun üçün başlıca maneə onların baha olmasıdır. Əlavə qurğusuz, bir belə qırıcının qiyməti 200 milyon dollar yaxındır.