Türkiyənin məşhur “Kurtlar Vadisi” serialının baş rol oyunçusu Necati Şaşmazın 85 yaşlı nənəsi Fəridə Şaşmaz dünyasını dəyişib.
Lent.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, Necati Şaşmaz və qardaşı Raci Şaşmaz vətənləri Elazığa gedərək nənələrinin cənazə mərasiminə qatılıblar. Elazığda yaşayan Fəridə Şaşmaz ağciyər çatışmazlığı üzündən srağagün gecə keçinib.
Fəridə Şaşmaz üçün dünən günorta namazından sonra İzzət paşa məscidində cənazə namazı qılınıb.
Cənazə namazından sonra Fəridə Şaşmazın cənazəsi Necati Şaşmaz və yaxınlarının çiyinlərində Harput Qəbiristanlığına aparılaraq dəfn edilib.