Bakı şəhəri, Pirallahı rayonunda 1 nəfər dənizdə çimərkən batıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.
Bundan başqa, Mingəçevir şəhərində 1 nəfər su anbarında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasediciləri tərəfindən xilas edilib.