Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı cib telefonundan ümumiyyətlə istifadə etmir və tənhadır.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, mətbuat katibi qeyd edib ki, Rusiya prezidenti fəal İnternet istifadəçisidir.
“İstənilən siyasətçinin çox yaxşı dostları olur. Putinin yaxın dostları özlərini sanksiyalarla təsdiqləyib. O, öz dostları ilə fəxr edir. O, yaxşı dostları olan yeganə siyasətçidir”-deyə, Peskov Rusiya telekanallarından birinə müsahibəsində bildirib.
Rusiya Krımı ilhaq edəndən sonra Putinin yaxın ətrafından bir neçə nəfərə sanksiya tətbiq edilib.