Pərviz Müşərrəfə sui-qəsd
03 aprel 2014 11:16 (UTC +04:00)

Pərviz Müşərrəfə sui-qəsd

Pakistanda ölkənin sabiq prezidenti Pərviz Müşərrəfə sui-qəsd olub. Lent.az-ın məlumatına görə, yerli polisdən naməlum şəxslərin Müşərrəfin konvoyunu dağıtmağa cəhd etdikləri bildirilib.

 

Partlayıcı qurğunun sabiq dövlət başçısının keçməli olduğu körpünün altında yerləşdirildiyi güman edilir. Bomba konvoyun keçməsinə 20 dəqiqə qalmış partlayıb.

 

Qeyd edək ki, ötən ay məhz təhlükəsizlik məsələləri ilə əlaqədar 70 yaşlı Pərviz Müşərrəfin məhkəməsi təxirə salınıb. Martın 31-də İslamabadın xüsusi məhkəməsi sabiq prezidenti dövlətə xəyanətdə ittiham edib. Onun ölkə konstitusiyasının işini dayandırdığı, yüksək vəzifəli hakimləri isə qeyri-qanuni olaraq istefaya göndərdiyi iddia olunub. Amma Müşərrəf günahını etiraf etməyib və öz ünvanına yönələn ittihamları əsassız adlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652
avatar

Oxşar yazılar