Peruda avtobusun aşması nəticəsində 17 nəfər ölüb, 20-yə yaxın adam xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə, Uanuko-Lima marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Yerli statistika xidmətlərinin məlumatına əsasən, ötən il Peruda 2 500 nəfər yol-nəqliyyat qəzalarının qurbanı olub.