Peru Hərbi Hava Qüvvələrinin zabiti 1500 metr yüksəklikdən düşsə də, sağ qalıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, hərbi təlim zamanı zabitin paraşütü açılmayıb.
Olay ölkənin cənubunda baş verib. Paraşütün iplərindən biri onun boynuna dolanıb və nəticədə zabit huşunu itirib.
Yerə düşəndə onun yalnız ayağı və biləyi çıxıb. Həkimlər zabitin uğurla enməsini “möcüzə” adlandırıb.