APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, etibarlı mənbə bildirib ki, ekspertiza stasionar olaraq Rusiyanın Gümrüdəki hərbi bazasının ərazisində keçiriləcək.
Ekspertiza üçün 2 həftə vaxt tələb olunacaq.
“Permyakovda psixi çatışmazlıqların olması barədə deyilənlər şayiələrə əsaslanır. Ekspertizanın nəticələri hələ yoxdur”, - deyə mənbə bildirib.