ABŞ-ın müdafiə naziri Çak Heygel bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə hərbçilərinin sayını artırmaqdadır.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Pentaqonun başçısı britaniyalı həmkarı Filipp Hammondla görüşdən sonra keçirdiyi mətbuat konfransında bu bəyanatla çıxış edib.
Heygel xatırladıb ki, ötən həftə rusiyalı həmkarı Sergey Şoyqu ilə söhbətində ondan xüsusi olaraq, Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə sayının çoxalması məsələsini soruşub. Şoyqu əmin edib ki, Rusiya hərbçiləri Ukraynaya müdaxilə etmək niyyətində deyil. «Ancaq gerçəklik belədir – Rusiya qərb sərhədinə hərbi güc cəmləşdirməkdədir. Rusiya öz öhdəliklərinə sadiq qaldığını sübut etməlidir»-deyə, Ç.Heygel bildirib.