ABŞ-ın Müdafiə Nazirliyi İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin aviazərbələr nəticəsində öldüyü haqda informasiyanı təsdiqləməyib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Stiv Uorren bildirib.
“Bizdə İraqın Bağdadinin öldürüldüyü və ya yaralandığı barədə hesabatını təsdiqləyən heç bir məlumata malik deyilik”, - deyə Uorren bildirib.
Qeyd edək ki, az öncə İŞİD liderinin yaralandığı, hətta öldüyü haqda xəbərlər yayılmışdı.