Pentaqon Avropadakı müttəfiqlərinə dəstəyi 4 dəfə artırır
03 fevral 2016 03:27 (UTC +04:00)

Pentaqon Avropadakı müttəfiqlərinə dəstəyi 4 dəfə artırır

0

Pentaqon 2017-ci ildə Avropadakı müttəfiqlərinə hərbi dəstək proqramını 789 mln dollardan 3,4 mlrd dollaradək genişləndirməyi planlaşdırır. APA-nın “The Hill” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Eşton Karter bildirib.     

 

Karter bildirib ki, vəsaitləri hərbi mütəxəssislərin hazırlanmasına və müxtəlif növ silah-sursatın yenilənməsinə yönəltmək planlaşdırılır.

 

Maliyyələşmənin artırılmasının əsas səbəbi Rusiyanın Ukraynaya dair yürütdüyü siyasətin olduğu bildirilir.    

 

Qeyd edək ki, 2017-cu ildə Pentaqon 582, 7 mlrd dollar əldə edəcəyinə ümid edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar