Pelenin oğluna 33 il iş kəsilib
01 iyun 2014 01:31 (UTC +04:00)

Pelenin oğluna 33 il iş kəsilib

0

Braziliyanın “Santos” futbolu klubunun keçmiş qapıçısı, əfsanəvi futbolçu Pelenin oğlu Edson Çolbi Nasimentu narkotik maddələrin ticarəti və çirkli pulların yuyulması suçları ilə mühakimə olunub.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Pelenin oğluna 33 il iş kəsilib.

 

Yerli mətbuat bildirib ki, “Edino” ləğəbi ilə tanınan 44 yaşlı Nasmentunun məhkəmənin qərarından şikayət etmək haqqı var.

 

Mənbə xatırladıb ki, o, 29 yaşında, 1999-cu ildə idman karyerasını başa vurub. Bu Nasmentunun ilk həbs deyil. Həmin il o,  küçə yarışında iştirak etdiyi üçün 6 ay azadlıqdan məhrum edilmişdi. Bu yarışda motoskletçilərdən biri öldüyü üçün Edino bu cəzanı alıbmış.

 

2005-ci ildə isə o,  polisin qanunsuz kokain ticarətinə qarşı keçirdiyi əməliyyat nəticəsində tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1880

Oxşar yazılar