Qərb sanksiyalarının məqsədi Rusiya rəhbərliyinin dəyişilməsidir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
“Rusiyaya qarşı iqtisadi potensialın zəifləməsinə istiqamətlənmiş sanksiyalar tətbiq olunur. Bunların məqsədi apardığımız siyasətə təsir etmək və, prinsipcə, ölkədəki rəhbərliyin dəyişilməsidir”, deyə o qeyd edib.
Patruşev qeyd edib ki, sanksiyalar ziyan verməklə yanaşı yeni imkanlar da yaradır. “Mən hesab edirəm ki, sanksiyaların tətbiq edilməsi yaxşı haldır”, deyə Patruşev bildirib.
O qeyd edib ki, Rusiya iqtisadiyyatına ziyanı sanksiyalar yox, daha çox karbohidrogen ehtiyatlarının ixracından və texnologiyaların idxalından asılılıq vurur.
“Hazırda bunlardan qurtulmaq üçün tədbirlər planı hazırlanır”, deyə o qeyd edib.