Parisdə ölənlər arasında 12 ölkənin vətəndaşı var
15 noyabr 2015 07:29 (UTC +04:00)

Parisdə ölənlər arasında 12 ölkənin vətəndaşı var

0

Parisdə noyabrın 13-də törədilmiş terror aktları nəticəsində ölənlərin arasında 12 ölkənin vətəndaşı var. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, son məlumata əsasən, terror aktlarının qurbanları arasına Əlcəzair, Belçika, Böyük Britaniya, Çili, Mərakeş, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Tunis,  ABŞ və Fransa vətəndaşları var.  

 

Bu barədə məlumatlar Fransa rəsmi qurumlarının açıqlamalarında əks olunub.  

 

Xatırladaq ki, Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində  129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar