Paris prokuroru: “5 terrorçu ölüb”
14 noyabr 2015 05:57 (UTC +04:00)

Paris prokuroru: “5 terrorçu ölüb”

Bakı-APA. Fransanın paytaxtı Parisdə baş vermiş terror aktları şəhərin altı müxtəlif nöqtəsində törədilib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Parisin prokuroru Fransua Molens bəyan edib.

 

Onun sözlərinə görə, hadisə nəticəsində 5 terrorçu ölüb . Onlardan 3-ü  girovlar azad edilərkən “Bataklan” konsert zalında məhv edilib. Daha 2-si “Stad de Frans” stadionu yaxınlığında özlərini partladıb. Digər terrorçular qaçmağa nail olub.

 

Hazırda şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Terrorçuların tapılması üçün əməliyyat keçirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar