Papua-Yeni Qvineya sahillərində 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Taron şəhərindən 45 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi sunami təhlükəsinin olduğunu bildirib.