BMT-nin baş katibi Pan Gi Mun da "selfi" çəkdirib. Lent.az-ın “anspress”ə istinadən məlumatına görə, dünən Dünya Bankında “Yoxsulluğa son” adlı tədbir keçirilib.
Tədbirə dünyanın hər yerindən yoxsulluqla mübarizə aparan gənclər toplaşıb. Onlar yoxsulluğa son qoymaq üçün layihələr təqdim ediblər. Gənclərin hamısının ortaq bir nöqtəsi var: onlar yoxsulluqdan azad olmaq istəyir. Tədbirdə gənclər 2030-cu ilə kimi yoxsulluğa son qoya biləcəklərini açıqlayıblar.
Dünya Bankının qrupunda olan 4 gənc tədbirin sonunda Pan Gi Munla birgə “selfi” çəkdirməyi də unutmayıblar.
Qeyd edək ki, son zamanlarda "selfi" çəkdirmək məşhur siyasətçilər arasında da geniş yayılıb.