Pakistan məhkəməsi küfrə görə 50 yaşlı Məhəmməd Zülfiqarini ölümə məhkum edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, 2008-ci ildə tutulub. M.Zülfiqari küçədə divara Məhəmməd peyğəmbəri təhqir edən fikirlər yazmaqda təqsirli bilinib.
Onun vəkili isə məhkəmədə deyib ki, müvəkkili ruhi xəstədir, bu üzdən təqsirkar hesab oluna bilməz.
Məlumata əssən, Pakistanda küfrlə bağlı qanunlar çox sərtdir.
Hüquq müdafiəçilərinin fikrincə, bu qanunlardan çox vaxt öz rəqibləri sıradan çıxarmaq üçün istifadə edirlər.
ABŞ-ın insan haqları üzrə hökumət komissiyası bu yaxınlarda bildirib ki, Pakistanda islamı təhqir ittihamı ilə 14 şəxs ölümə, 19 nəfər isə ömürlük həbsə məhkum olunub.