Girovlara dəhşətli işgəncələr veriblər
21 oktyabr 2014 15:36 (UTC +04:00)

Girovlara dəhşətli işgəncələr veriblər

0

Türkiyədə pakistanlı insan alverçiləri həbs edilib. Lent.az-ın məlumatına görə, insan alveri ilə məşğul olan şəxslər Pakistandan İstanbula, daha dəqiq desək Tarlabaşı adlanan evə gətirdikləri şəxslərə dəhşətli işgəncələr veriblər.

 

Əslən Pakistandan olan insan alverçilər qaçırdıqları həmyerlilərinin ailələrinə zəng edərək yüksək məbləğdə pul tələb ediblər. Ailələr pulu ödəməyincə onlar girov saxladıqları şəxslərə dəhşətli işgəncələr veriblər.

 

Cinayətin açılması ailələrdən birinin tələb olunan pulun 2 min dollarını ödəməsindən sonra mümkün olub. Pulun ödənilməsindən sonra insan alverçiləri qaçırdıqları pakistanlılardan birini buraxıblar. Dərhal xəstəxanaya gələn pakistanlıya tibbi yardım edildikdən sonra polisə məlumat verilib. Məlum olub ki, pakistanlı insan alverçiləri oğlanın kürəyini qaynar bıçaqla dağlayıblar və ağır işgəncələr veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2072

Oxşar yazılar