Pakistanın Sind əyalətində məscidin qarşısında törədilən güclü partlayış nəticəsində 61 nəfər ölüb, 55 nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır kimi qiymətləndirilir.
France Press agentliyinin məlumatına görə, partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı ilə bağlı "Candullah" qruplaşması öz üzərinə götürüb.