Pakistanda məsciddə partlayış: 6 ölü, 17 yaralı
10 yanvar 2015 00:35 (UTC +04:00)

Pakistanda məsciddə partlayış: 6 ölü, 17 yaralı

Pakistanın Ravalpindi şəhərində məscidin qarşısında törədilən partlayış nəticəsində 6 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze üzərindəki  partlayıcı qurğunu işə salıb. 

 

Qeyd olunur ki, o, məscidə daxil olarkən partlayış baş verib. Partlayış zamanı çoxlu sayda mömin məsciddə dini bayram qeyd edirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar