Pakistanda 31 silahlı məhv edildi
03 yanvar 2015 23:09 (UTC +04:00)

Pakistanda 31 silahlı məhv edildi

0

Pakıstanın şimal-qərb hissəsində hava zərbəsi nəticəsində 30-dan çox silahlı məhv edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zərbələr Xayber regionu ərazisində endirilib.

 

Pakistan Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilir ki, əməliyyat zamanı terrorçuların mövqeləri, terrorçu-kamikadzeləri hazırlayan təlim mərkəzi və 31 silahlı məhv edilib.

 

Məlum olduğu kimi, Pakistan hərbçiləri 2014-cü ilin oktyabrından etibarən regionda radikal qruplaşmalara qarşı əməliyyatlar keçirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar