Pakistanda 256 insan daşqınların qurbanı oldu
10 sentyabr 2014 22:11 (UTC +04:00)

Pakistanda 256 insan daşqınların qurbanı oldu

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yayın sonlarından indiyədək Pakistan və Hindistanda ümumilikdə 440 nəfər təbii fəlakətin qurbanı olub.

 

Pakistan hökuməti yaxın günlərdə daşqınların daha 700 min insanın həyatını təhlükə altında qoyacağı barədə xəbərdarlıq edərək, sakinləri qabaqcadan evlərini tərk etməyə çağırıb.

 

Hindistanda təbii fəlakət nəticəsində 2500 kəndi su basıb. Yaxın günlər ərzində regionda yağışların daha da şiddətlənəcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar