Pakistan və Əfqanıstanda baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 263 nəfərə çatıb.
APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, Pakistan hökuməti ölənlərin sayının 228 nəfərə çatdığını bildirib.
Əfqanıstanda 33 nəfər təbii fəlakət qurbanı olub. Bundan əvvəl Pakistanda və Əfqanıstanda ölənlərin sayının 180 nəfəri keçdiyi bildirilirdi.
Qeyd edək ki, 7,5 bal gücündə zəlzələnin episentri Əfqanıstanın Curm şəhərindən 45 km cənub-qərbdə, 212,5 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Pakistan, Hindistan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Qazaxıstanda da hiss olunub.