Özbəkistan prezidentinin qızının həbs görüntüləri yayıldı
17 sentyabr 2014 12:44 (UTC +04:00)

Özbəkistan prezidentinin qızının həbs görüntüləri yayıldı

“Gülnarə atasına olan hörmətinə görə hər zaman siyasi kampaniyalardan uzaq durub və mən təsdiq edə bilərəm ki, o, indiki Özbəkistanın siyasəti ilə tamamilə maraqlanmır” 
 

 

Ev həbsində saxlanılan Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın görüntüləri yayılıb. Lent.az-ın məlumatına görə, bu barədə qafqazinfo.az saytı Özbəkistan KİV-nə istinadən xəbər yayıb. Yeddi aydır Daşkənddə ev həbsində saxlanılan Kərimovanın mətbuat katibi Loksli Rayan onun həbsdə saxlanılmasının siyasi çalar daşıdığını bildirib və dərhal azad edilməsini tələb edib. 

Rayan qeyd edib ki, Gülnarənin ev həbsində saxlanılması İslam Kərimovun əhatəsindəki insanlar tərəfindən prezident üzərində “qeyri-sağlam” təsir güclərini saxlamaq məqsədilə atılmış addımdır:

“Lakin Gülnarə atasına olan hörmətinə görə hər zaman siyasi kampaniyalardan uzaq durub və mən təsdiq edə bilərəm ki, o, indiki Özbəkistanın siyasəti ilə tamamilə maraqlanmır”. 

Mətbuat katibi qeyd edib ki, Kərimova qızı İmanla birgə Daşkənddə ağır şərtlər altında saxlanılır, çox zaman ac qalırlar və tibbi yardım göstərilməsini imkan vermirlər. 

Qeyd edək ki, Kərimovaya qarşı çirkli pulların yuyulması və korrupsiya ittihamı ilə İsveçrə hökuməti tərəfindən 2012-ci ildə cinayət işi açılıb. 

Kərimovanın nümayəndəsi ölkənin Baş Prokurorluğuna müraciət etmək niyyətində olmadığını bildirir. Belə ki, ədalətli məhkəmənin keçiriləcəyinə şübhə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4046

Oxşar yazılar

Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14