Orxan Zeynalovun işlədiyi bazarın səhmdarı beynəlxalq axtarışda
13 mart 2014 17:18 (UTC +04:00)

Orxan Zeynalovun işlədiyi bazarın səhmdarı beynəlxalq axtarışda

0

Rusiyanın paytaxtı Moskvadakı Biryulevo rayonunun “Novıye Çeremuşki” meyvə-tərəvəz bazasının səhmdarı İqor İsayev beynəlxalq axtarışa verilib. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

 

İ. İsayevə qarşı “qeyri-qanuni miqrasiyanın təşkili” maddəsi üzrə cinayət işi qaldırılıb. İstintaq versiyasına əsasən, o, mütəşəkkil qrupun tərkibində qeyri-qanuni miqrasiyanın təşkilinə yönəlmiş müxtəlif tədbirləri maliyyələşdirib və təmin edib. Onun göstərişi ilə anbarların bir hissəsi yaşayış məntəqələrinə çevrilib. İ. İsayev meyvə-tərəvəz bazasının yerində mehmanxana tikintisində də iştirak edib. Daha öncə “Novıye Çeremuşki”nin idarə heyətinin sədri Maqomed Çurilov və meyvə-tərəvəz bazasının mühafizəsini təşkil edən agentliyin rəhbəri Viktor Kotelevski həbs olunub. Qarşıdakı günlərdə icarədarların daha 3-ü qeyri-leqal miqrasiya təşkilinə görə cinayət məsuliyyətinə cəlb olunacaq.

 

Qeyd edək ki, Biryulevo rayonundakı toqquşmalar ötən il oktyabrın 13-də baş verib. Həmin gün yerli sakin Yeqor Şerbakov rəfiqəsinin yanında öldürülüb. Operator şirkət sayılan “Novıye Çeremuşki”yə məxsus Biryulevo meyvə-tərəvəz bazası isə hücuma məruz qalıb. Hücum edənlər qətldə şübhəli bilinən şəxsin bu ərazidə gizləndiyini iddia ediblər. Sonradan əslən azərbaycanlı Orxan Zeynalov cinayətdə şübhəli bilinərək tutulub. O. Zeynalov tutulanadək həmin bazarda çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 980

Oxşar yazılar