Olland Vaşinqtonda Obama ilə görüşəcək
24 noyabr 2015 03:22 (UTC +04:00)

Olland Vaşinqtonda Obama ilə görüşəcək

0

Noyabrın 24-də ABŞ prezidenti Barak Obama və  Fransa prezidenti Fransua Ollandın görüşü olacaq.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlarda geniş antiterror koalisiyasının yaradılması məsələsi müzakirə ediləcək.

 

Vaşinqton vaxtı ilə saat 10:00-da başlanan görüş saat yarım davam edəcək. Daha sonra hər iki ölkənin prezidentləri birgə mətbuat konfransı keçirəcəklər.

 

Qeyd edək ki, Fransa prezidentinin yaxın günlərdə Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşü nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 421

Oxşar yazılar